Təyyarə qəzası ilə əlaqədar Ukraynanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq

Təyyarə qəzası ilə əlaqədar Ukraynanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq
# 08 yanvar 2020 21:32 (UTC +04:00)

Yanvarın 8-də Tehran-Kiyev marşrutu üzrə PS 752 reysini yerinə yetirən "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkətinin Boeing-737 təyyarəsinin qəzaya uğraması nəticəsində Ukrayna, İran, Kanada, İsveç, Əfqanıstan, Almaniya və Böyük Britaniya vətəndaşları olan 176 sərnişin və ekipaj üzvlərinin həlak olması ilə bağlı olaraq Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyində Başsağlığı kitabı açılacaq.

APA-nın məlumatına görə, başsağlığı kitabının yanvarın 9-10-da saat 11:00-dan 13:00-a qədər və 14:00-dan 16:00-a qədər Bakı şəhər, Y.Vəzirov (Çəmənzəminli) küçəsi, 49 ünvanında yerləşən Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin binasında açılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR