Şabranda meşəlik ərazidə yanğın söndürülüb

Şabranda meşəlik ərazidə yanğın söndürülüb
# 30 iyul 2018 08:34 (UTC +04:00)

Şabran rayonunun Çıraqqala kəndinin yaxınlığında meşəlik ərazidə (mürəkkəb relyefli yüksək dağ massivində) baş vermiş yanğınlar söndürülüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğının yenidən baş verməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə xidmət aparır.

Qeyd edək ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 1 ədəd “Mi-17” helikopteri cəlb olunub.

Siyəzən rayonu, Altıağac milli parkı ərazisində başlayan yanğın isə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR