Hindistan baş naziri Pakistanı terrora dolayı dəstək verməkdə ittiham edib

Hindistan baş naziri Pakistanı terrora dolayı dəstək verməkdə ittiham edib
# 16 oktyabr 2016 10:01 (UTC +04:00)

Bakı-APA. Hindistan baş naziri Narendra Modi BRİKS liderlərinin toplantısında Pakistanı terrora dolayı dəstək verməkdə ittiham edib

APA-nın NDTV telekanalına istinadən verdiyi məlumata görə, N. Modi deyib ki, rifaha ən böyük təhlükə terrordur, faciə isə terrorizm bazasının Hindistanın yaxınlığında yerləşməsidir.

Telekanal N. Modinin ad çəkməsə də, söhbətin Pakistandan getdiyinin aydın olduğunu bildirib.

Qeyd edək ki, Hindistan və Pakistan arasında münasibətlər sentyabrın 18-də silahlıların Uri şəhərində Hindistan ordusunun taboruna hücum çəkməsi və 18 hərbçinin öldürülməsindən sonra kəskinləşib. Hindistan terrorçuların Pakistan ərazisində gələn Məhəmməd döyüşçüləri radikal qruplaşmasının üzvləri olduğunu və Pakistanın terrorizmi dəstəklədiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR