Prezident İlham Əliyev KXDR və Tacikistan rəhbərlərinə təbrik məktubu göndərib - YENİLƏNİB

Prezident İlham Əliyev KXDR və Tacikistan rəhbərlərinə təbrik məktubu göndərib - <span style="color: red;">YENİLƏNİB
# 08 sentyabr 2017 16:12 (UTC +04:00)

Prezident İlham Əliyev Koreya Əmək Partiyasının Sədri, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Kim Çen Ina təbrik məktubu göndərib.

APA-nın president.az saytına istinadən verdiyi məlumata görə, məktubda deyilir: "Zati-aliləri!

Ölkənizin milli bayramı - Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm".

Prezident İlham Əliyev, həmçinin Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin prezidenti Emoməli Rəhmona da təbrik məktubu göndərib.

Məktubda Azərbaycan-Tacikistan dostluğunun zəngin ənənələrə malik olduğu qeyd edilib: “İnanıram ki, bu ənənələri özündə yaşadan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığımızın dərinləşməsi üçün daim möhkəm zəmin olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR