Ağcabədidə avtomobil kanala düşüb, sürücü ağır xəsarət alıb

Ağcabədidə avtomobil kanala düşüb, sürücü ağır xəsarət alıb
# 01 yanvar 2017 10:57 (UTC +04:00)

Ağcabədidə mimik avtomobili kanala düşüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qaradolaq kəndi ərazisində baş verib.

1986-ci il təvəllüdlü Süleymanov Habil Zabit oğlu idarəetməni itirib, maşın yol kənarındakı kanala düşüb. H. Süleymanov ağır bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Onun içkili vəziyyətdə avtomobili idarə etdiyi ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR