Şəmkirdə ağır yol qəzası baş verib, 2 nəfər ölüb - VİDEO

Şəmkirdə ağır yol qəzası baş verib, 2 nəfər ölüb - VİDEO
# 09 mart 2019 01:22 (UTC +04:00)

Şəmkirdə 2 nəfərin ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

ONA-nın qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Şəmkir rayonu Əliyaqublu kəndindən keçən hissəsində baş verib.

Yük maşını ilə "VAZ 2106" markalı minik maşınının toqquşması nəticəsındə “Jiquli”də olan 2 nəfər hadisə yerində ölüb, xəsarət alanlar var.

Daxil olan məlumata əsasən, ölənlər Ruslan Kazımov və Elxan Cəlilovdur.

Avtomobildə olan sərnişin, 24 yaşlı Bağır Hüseynov ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR