Bakıda itkin düşməsi barədə xəbər yayılan şəxsin ölkədən Rusiyaya getdiyi məlum olub

Bakıda itkin düşməsi barədə xəbər yayılan şəxsin ölkədən Rusiyaya getdiyi məlum olub
# 06 iyul 2019 10:54 (UTC +04:00)

Bakıda itkin düşməsi barədə xəbər yayılan Rusiya vətəndaşının ölkəni tərk ediyi müəyyənləşib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, araşdırmalarla müəyyən edilib ki, itkin düşməsi barədə xəbər yayılan Rusiya vətəndaşı, 1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də Heydər Əliyev Hava Limanından Moskva reysi ilə ölkəni tərk edib.

E.Hacıyev KİV nümayəndələrindən informasiyaları yayarkən dəqiqləşdirdə aparmalarını xahiş edib.

Qeyd edək ki, bəzi KİV-də Rusiya vətəndaşı, 1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də itkin düşməsi barədə məlumatlar yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR