SOCAR martda ixrac etdiyi neft məhsullarının həcmini və qiymətini açıqlayıb

SOCAR martda ixrac etdiyi neft məhsullarının həcmini və qiymətini açıqlayıb
# 03 aprel 2017 15:22 (UTC +04:00)

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin mart ayında 60 min 674 ton dizel yanacağı, 3 min 960 ton təyyarə yanacağı, 7 min 912 ton yüksək təzyiqli polietilen, 2 min 355 ton mütləqləşdirilmiş izopropil spirti, 4 min 814 ton maye piroliz qətranı, 2 min 895 ton propilen və 3 min 895 ton butilen butadien fraksiyası ixrac edib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ümumilikdə, 2017-ci ilin yanvar-mart ayları ərzində 205 min 827 ton dizel yanacağı, 14 min 896 ton təyyarə yanacağı, 24 min 279 ton yüksək təzyiqli polietilen, 3 min 989 ton mütləqləşdirilmiş izopropil spirti, 17 min 212 ton maye piroliz qətranı, 11 min 188 ton propilen və 8 min 677 ton butilen butadien fraksiyası ixrac edilib.

Ötən ay dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 517,72 ABŞ dolları, təyyarə yanacağının - 475,47 dollar, dizel yanacağının - 448,48 dollar, yüksək təzyiqli polietilenin - 1288 dollar, butilen butadien fraksiyasının - 752,08 dollar, maye piroliz qətranının - 517,72 dollar, propilenin qiyməti - 865 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1330 avro təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR