İl ərzində Kliniki Tibbi Mərkəzə 60-70 min xəstə müraciət edir

İl ərzində Kliniki Tibbi Mərkəzə 60-70 min xəstə müraciət edir
# 13 oktyabr 2016 09:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Kliniki Tibbi Mərkəzdə (KTM) 9 ay ərzində işlər, qəbul edilən xəstələrlə bağlı hesabat tədbiri keçirilib. APA-nın xəbərinə görə, KTM-in direktor əvəzi Ədalət Dadaşov bildirib ki, 2000-ə yaxın həkim, orta və kiçik tibbi personalın çalışdığı müəssisədə 17 profil üzrə 27 stasionar və bir neçə yardımçı şöbələr fəaliyyət göstərir. Onun sözlərinə görə, cari ilin yanvar - sentyabr ayları ərzində Klinik Tibbi Mərkəzdə ümumilikdə 18 686 xəstə stasionar müalicə alıb.

Onun sözlərinə görə, il ərzində 60-70 min xəstə KTM-ə müraciət edib. Son illərdə xəstəxanaya müraciət edənlərdə azalma baş verib. Bunun da əsas səbəblərindən biri respublikanın müxtəlif ərazilərində yeni və müasir tibb müəssisələrinin istifadəyə verilməsidir: “3 207 xəstə mama-ginekoloji şöbədə (1 813 nəfər doğum, 122 patologiya, 1 272 nəfər isə ginekologiya şöbəsinə) daxil olub. Bu müddət ərzində KTM-də 1 685 doğuş olub. Bundan başqa, 9 ay ərzində 9 829 xəstə terapevtik şöbələrdə stasionar müalicədə olublar. Eyni zamanda, 3 710 xəstə müxtəlif yoluxucu xəstəliklərlə bağlı müraciət edib. Hemodializ şöbəsinə 196 xəstə daxil olub”.

KTM-in direktor müavini Adil Salahov qeyd edib ki, mərkəzinə cərrahi şöbələrinə cəmi 5 650 xəstə daxil olub: “Onlardan 2 062 xəstə böyüklər, 1 130 xəstə isə uşaq cərrahiyyəsi şöbəsinə qəbul edilib. Hesabat dövründə 3 580 xəstə cərrahi müdaxiləyə məruz qalıb, onlardan 1 719 əməliyyat böyüklərdə, 918 əməliyyat uşaqlar üzərində aparılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR