"PASHA Bank"ın Gürcüstandakı törəməsinin öhdəlikləri üçqat artıb

"PASHA Bank"ın Gürcüstandakı törəməsinin öhdəlikləri üçqat artıb
# 31 oktyabr 2016 13:35 (UTC +04:00)

"PASHA Bank (Georgia)" 2016-cı il oktyabrın 1-nə maliyyə hesabatını açıqlayıb. "APA-Economics" xəbər verir ki, cari ilin III rübündə bankın aktivləri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,14% azalaraq 277,664 mln. lari təşkil edib.

Hesabat dövründə bankın kredit portfeli 6,66% azalaraq 88,809 mln. lari olub.

Ötən illə müqayisədə cari ilin ilk doqquz ayında öhdəliklər 6,54% azalaraq 177,264 mln. lariyə, depozit portfeli isə 2,56 dəfə artaraq 12,608 mln. lariyə bərabər olub.

Bir il ərzində bankın məcmu kapitalı 6,7% artaraq 100,400 mln. lari, nizamnamə kapitalı isə dəyişməyərək 103 mln. lari təşkil edib.

Qeyd edək ki, bank cari ilin III rübünü 6 mln. 559 min 125 lari mənfəət əldə edib.

* Oktyabrın 31-nə 1 lari 0,6861 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR