Abşeron rayonunda dənizdə 1 nəfər batıb, 2 nəfər xilas edilib

Abşeron rayonunda dənizdə 1 nəfər batıb, 2 nəfər xilas edilib
# 23 iyul 2017 21:25 (UTC +04:00)

Bu gün Xəzər dənizində 1 nəfər batıb, 2 nəfər xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Abşeron rayonunda 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq 2 nəfəri xilas edib, digər 1 nəfərin, 1980-ci təvəlüdlü Səmədov Ruslan Ağahəsən oğlunun cəsədini dənizin sahilindən aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:20-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR