Ölkədə ötən il narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilənlərin sayı açıqlanıb

Ölkədə ötən il narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilənlərin sayı açıqlanıb
# 06 mart 2017 11:32 (UTC +04:00)

Keçən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2607 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun hazırladığı “Narkotiklərə nəzarət sahəsində 2016-cı ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.

Məsuliyyətə cəlb edilənlərdən 5 nəfəri 18 yaşadək, 176 nəfəri 18-25 yaşadək, 412 nəfəri 26-29 yaşadək, 2014 nəfəri 30 yaşdan yuxarı, 22 nəfəri fəhlə, 6 nəfəri qulluqçu və ya maddi məsul şəxs, 3 nəfəri təsərrüfat işçisi, 1 nəfəri ali məktəb tələbəsi, 2331 nəfəri işsiz, 2570 nəfəri kişi, 37 nəfəri qadın, 907 nəfəri əvvəllər cinayət törətmiş şəxs, 21 nəfəri isə əvvəllər xüsusi qeydiyyatda olandır.

Məsuliyyətə cəlb olunmuş 34 nəfər xarici ölkə vətəndaşlarından 677 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərin 18 nəfəri İran İslam Respublikası, 8 nəfəri Gürcüstan, 4 nəfəri Türkiyə, 1 nəfəri Qazaxıstan, 1 nəfəri Hindistan, 1 nə fəri Türkmənistan, 1 nəfəri Belarusiya vətəndaşı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR