Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün kvota məhdudiyyətini aradan qaldırıb

Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün kvota məhdudiyyətini aradan qaldırıb
# 06 yanvar 2017 07:51 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün ölkəyə gələn zəvvarların kvotasına 5 il əvvəl tətbiq etdiyi məhdudiyyəti aradan qaldırıb.

APA-nın “saudigazette.com”a istinadən verdiyi xəbərə görə, kral bununla bağlı Ali Həcc Komitəsinin sədri, şahzadə Məhəmməd bin Nəifin təklifini qəbul edib.


Məhəmməd bin Nəif bildirib ki, artıq aidiyyəti qurumlar bu il sayı artacaq zəvvarların qəbuluna dair hazırlıq aparır.

Qeyd edək ki, 5 il əvvəl Səudiyyə Ərəbistanı xarici ölkələr üçün müəyyənləşdirilən həcc kvotasını 20 faiz, daxili zəvvar kvotasını isə 50 faiz azaldıb. Bu addım Kəbə və digər müqəddəs yerlər ətrafında aparılan genişləndirmə işləri zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqələndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR