Salyan və Tovuzda intihar hadisəsi olub

Salyan və Tovuzda intihar hadisəsi olub
# 07 fevral 2017 07:12 (UTC +04:00)

Salyanda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, rayon sakini, 1988-ci il təvəllüdlü Şəfəq Hüseynova sirkə turşusu içib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Ş. Hüseynovanı xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tovuz rayonunda da intihar hadisəsi baş verib.

Tovuz rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Qəribli kəndində qeydə alınıb. Kənd sakini İsa Tahirov yaşadığı evin həyətində özünü asıb.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR