Qar cənub bölgəsində sitrus bağlarına ciddi ziyan vurub

Qar cənub bölgəsində sitrus bağlarına  ciddi ziyan vurub
# 23 fevral 2017 15:55 (UTC +04:00)

Güclü qar cənub bölgəsində sitrus bağlarına ciddi ziyan vurub. APA-nın cənub bürosunun verdiyi məlumata görə, bölgəyə yağan intensiv qar Lənkəran və Astara rayonları ərazisində olan fərdi sitrus təsərrüfatlarını yarasız hala salıb. Qar əsasən feyxoa və naringi ağaclarını sıradan çıxarıb. Belə ki, yağan güclü qarın ağırlığına tab gətirməyən ağaclar sınıb.

Bioloq Yunus Qulamov sitrus ağaclarının qarın ağırlığına dözməyərək sıradan çıxmasını onların vaxtında bağlanmaması ilə izah edib. Onun sözlərinə görə, ağaclar vaxtında yığılıb bağlansaydı, dəyən ziyanın miqdarı daha az ola bilərdi. Sınan ağacların əvvəlki vəziyyətinə qaytarılması isə illərlə vaxt və zəhmət tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR