DİM: İmtahanların nəticələri üç gün ərzində açıqlanacaq

DİM: İmtahanların nəticələri üç gün ərzində açıqlanacaq
# 10 aprel 2017 11:21 (UTC +04:00)

Aprelin 9-da ali təhsil müəssisələrinin magistraturalarına, rezidenturaya keçirilən qəbul imtahanının 1-ci mərhələsi və Azərbaycan dili (qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanlarının nəticələri 3 gün ərzində açıqlanacaq.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, bu gündən başlayaraq imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin 3 gün ərzində elan edilməsi nəzərdə tutulur. Nəticələr elan olunduqdan sonra bakalavrlar imtahan nəticələri ilə DİM-in internet saytında tanış ola biləcəklər.

Qeyd edək ki, aprelin 9-da magistraturaya qəbul imtahanı respublikanın 5 şəhərində 39 imtahan mərkəzində aparılıb. İmtahanda iştirak etmək üçün 13081 bakalavr sənəd verib. Rezidenturaya qəbul imtahanı Bakı şəhərində 2 binada, eləcə də Naxçıvan şəhərində 1 binada keçirilib. İmtahanda iştirak etmək üçün 1077 bakalavr sənəd verib.


Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində, ümumilikdə 17 imtahan mərkəzində aparılıb. İmtahanda iştirak etmək üçün 6151 abituriyent qeydiyyatdan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR