Zaqatalada 6 nəfər dəm qazından zəhərlənib

Zaqatalada 6 nəfər dəm qazından zəhərlənib
# 25 noyabr 2019 11:17 (UTC +04:00)

Zaqatala dəm qazından kütləvi zəhərlənmə olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Zaqatala şəhərində qeydə alınıb. Rayon sakinləri – 1989-cu il təvəllüdlü Elvina İbiyeva, onun oğlu, 2013-cü il təvəllüdlü Tamerlan İbiyev, 1961-ci il təvəllüdlü Fazil İsmayılov, onun arvadı, 1962-ci il təvəllüdlü Sürayyə İsmayılova, 1962-ci il təvəllüdlü Lətafət Əsədova və 2008-ci il təvəllüdlü Mehriban Həsənova dəm qazı zəhərlənməsi ehtimalı ilə xəstəxanaya daxil olublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR