Qızıl 5 dollaradək bahalaşıb

Qızıl 5 dollaradək bahalaşıb
# 21 oktyabr 2016 07:12 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,22% - 18 162,35 bəndədək, S&P 500 0,14% - 2 141,34 bəndədək, NASDAQ 0,09% - 5 241,83 bəndədək azalıb.

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,07% - 7 026,90 bəndədək, Almaniya DAX-ı 0,52% - 10 701,39 bəndədək, Fransa CAC-40-ı 0,44% - 4 540,12 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 4,50 dollar ucuzlaşaraq 1 263,00 dollar, gümüş isə 0,09 dollar azalaraq 17,46 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR