"SOCAR Trading": Neftin qiyməti uzun müddət 60 dolları keçməyəcək

"SOCAR Trading": Neftin qiyməti uzun müddət 60 dolları keçməyəcək
# 27 sentyabr 2017 08:35 (UTC +04:00)

"Dünya birjalarında neftin qiyməti uzun müddət ərzində 40-60 dollar dəhlizində dəyişəcək".


"APA-Economics" xəbər verir ki, bu barədə "SOCAR Trading" şirkətinin icraçı direktoru Arzu Əzimov bildirib.


"Barrel üçün 40-60 dollar - günümüzün yeni reallığıdır. Qlobal istehsalçılar bunu qəbul etməlidirlər", - deyə icraçı direktor qeyd edib.


Hazırda Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,36 dollar və ya 0,69% artaraq 52,24 dollar təşkil edib.


ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,34 dollar və ya 0,58% artaraq 58,78 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR