Gömrük işçiləri avtomobilin yanacaq çənində mobil telefonlar aşkar edib

Gömrük işçiləri avtomobilin yanacaq çənində mobil telefonlar aşkar edib
# 30 noyabr 2016 08:34 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, baxış zamanı avtomobilin yanacaq çəninin içərisində gömrük nəzarətindən gizlədilən 12 ədəd “Samsung Galaxy J2”, 1 ədəd “Samsung Galaxy J5” markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar - 22 ədəd mobil telefon qutusu, 12 ədəd qidalandırıcı başlıq, 12 ədəd USB kabel və 9 ədəd “qulaqcıq” aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR