Suriyanın BMT-dəki nümayəndəsi: "Qoşulmama Hərəkatının bəzi üzvləri terrorizmə silah və maliyyə dəstəyi verir" - YENİLƏNİB

Suriyanın BMT-dəki nümayəndəsi: "Qoşulmama Hərəkatının bəzi üzvləri terrorizmə silah və maliyyə dəstəyi verir" - <span style="color: red;">YENİLƏNİB
# 06 aprel 2018 11:12 (UTC +04:00)

"Qoşulmama Hərəkatı suverenlik, ərazi bütövlüyünə hörmət, bərabərlik və ölkələrin daxili işlərinə qarışmamağa və zorakılıq tətbiq etməmə prinsiplərinə əsaslanır. Lakin bəzi üzvlər bu prinsiplərdən kənara çıxır, Qoşulmama Hərəkatının və BMT Xartiyasının prinsiplərini pozurlar".

APA-nın məlumatına görə, bunu Suriyanın BMT yanında daimi nümayəndəsi Bəşər Cəfəri Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.

Onun sözlərinə görə, bu amillər Qoşulmama Hərəkatının oynadığı tarixi rola mənfi təsir edib: "Bütün bunlar bizdə daha da güclü olmağı tələb edir. Regionun üzləşdiyi ən böyük problemlərindən biri terrorizmin bəzi üzv ölkələrin silah və maliyyə dəstəyi ilə yayılmasıdır".

O, Suriyanın ərazi bütövlüyü və suverenliyinə dair prinsiplərin pozulduğunu bildirib: "Bunun səbəbi isə İsrailin işğal siyasətinə qarşı cəza tətbiq edilməməsidir. İsrail Suriyanın Qolan yüksəkliklərini, Fələstini və Livanın bir hissəsini işğal edib. Sivil vətəndaşlara qarşı cinayətlər davam etdirilir. Müxtəlif terror birləşmələrini dəstəkləməklə bu siyasət davam edir. Qolan yüksəkliklərinin işğalı ilə heç vaxt razılaşmayacağıq. Fələstin məsələsində isə fələstinlilərin öz müqəddəratını təyin etmə hüquqlarını dəstəkləyirik".

B. Cəfəri qeyd edib ki, Suriya münaqişəsinin həlli ərazi bütövlüyü və suverenlik prinsiplərinə əsaslana bilər: "Biz bu forumu ABŞ və Türkiyənin bizə qarşı hərbi təcavüz siyasətini pisləməyə çağırırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR