Qusarda iki maşın toqquşub, xəsarət alanlar var

Qusarda iki maşın toqquşub, xəsarət alanlar var
# 01 fevral 2020 21:41 (UTC +04:00)

Qusar rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Qusar-Xudat yolunda qeydə alınıb.

Xaçmaz rayonu, Seyidlər kənd sakini Əliyev Oqtay Polad oğlunun idarə etdiyi 27 BM 802 dövlət nömrə nişanlı "VAZ 2106" markalı nəqliyyat vasitəsilə Xaçmazın Manafoba kənd sakini Saleh Əsədovun idarə etdiyi 27 BX 840 "VAZ 2104" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ 2106" markalı avtomobildə olan sərnişinlər Vüsalə Əliyeva, Vüqar Əliyev, Minacət Əliyeva xəsarət alıb.

Yaralanan şəxslər Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta ağırdır.

Faktla bağlı araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR