Azpromo: Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar var

Azpromo: Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar var
# 03 dekabr 2019 10:28 (UTC +04:00)

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mövcud olan ticarət dövriyyəsinin artırılması üçün böyük potensial var.

"APA-Economics"in məlumatına görə, bunu "Xəzər bölgəsinin təchizat zəncirinin Səudiyyə Ərəbistanına genişlənməsi imkanları" tədbirdə çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, bu ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 10 mln. ABŞ dollar təşkil edib.

"Rəqəmlər böyük olmasa da, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar mövcuddur", - deyə Y. Abdullayev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR