Azərbaycanda eyni şəxsə məxsus digər ünvana köçən əcnəbilərdən təkrar qeydiyyat tələb olunacaq

Azərbaycanda eyni şəxsə məxsus digər ünvana köçən əcnəbilərdən təkrar qeydiyyat tələb olunacaq
# 27 noyabr 2017 08:59 (UTC +04:00)

Azərbaycanda yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı ev sahibinə məxsus digər evdə müvəqqəti yaşadığı halda da ondan təkrar qeydiyyat tələb olunacaq. APA-nın məlumatına görə, bununla bağlı Miqrasiya Məcəlləsinin 21.2-ci maddəsinə əlavələr təklif olunur.

Layihəyə görə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunacaq.

Layihə Milli Məclisin dekabrın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR