Bakıda mənzildən meyit tapılıb.
APA-nın məlumatına görə, paytaxtın Yasamal rayonunda yaşayan, 1989-cu il təvəllüdlü Natiq Eynulla oğlu İsmayılovun meyiti yaşadığı evdə aşkar edilib. Onun ölümünün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı araşdırma aparılır.