Məktəblilər arasında şəkərli diabet xəstəliyinin yayılmasında artım var

Məktəblilər arasında  şəkərli diabet xəstəliyinin yayılmasında artım var
# 15 noyabr 2017 09:52 (UTC +04:00)

"Dünya üzrə olan artıma uyğun olaraq Azərbaycanda da məktəb yaşlı uşaqlar arasında şəkərli diabet xəstəliyinin yayılmasında artım mövcuddur".

APA-nın xəbərinə görə, bunu Respublika Endokrinoloji Mərkəzinin endokrinoloqu, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova 14 Noyabr Ümumdünya Diabet gününə həsr edilmiş brifinqdə deyib.

Y.Sultanova bildirib ki, məktəb yaşlı uşaqlar arasında əsasən I tip diabet qeydə alınır: "Bu uşaqlar insulindən asılı yaşayırlar".

Y.Sultanova qeyd edib ki, 1-ci tip şəkərli diabetin əlamətləri çox qabarıq olur: "Bu halda insulin heç çatışmır. Əgər uşaq çox maye qəbul edirsə, tualetə tez-tez gedirsə, axşam yerini isladırsa, kəskin arıqlayıbsa, zəifləmə və iştahasızlığı varsa, valideyn mütləq həkimə müraciət etməlidir. Vaxtında müraciət edilsə, müalicənin effekti də yaxşı olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR