Lənkəran sakini özünü yandıraraq intihara cəhd edib

Lənkəran sakini özünü yandıraraq intihara cəhd edib
# 08 may 2018 13:21 (UTC +04:00)

Lənkəran sakini intihara cəhd edib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Nüvədi qəsəbəsində baş verib.

Kərgəlan kənd sakini Elvin Əflatun oğlu Məmmədov əvvəllər vətəndaş nikahında yaşadığı, sonra isə ayrıldığı Vüsalə Balamirzə qızı Cəfərovanın yaşadığı evin həyətinə gələrək özünü yandırıb.

O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Burada ilk tibbi yardım göstərilən E. Məmmədova hər iki yuxarı ətrafın, kürəyin və boyun nahiyəsinin III-IV dərəcəli yanığı diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Qeyd edək ki, yanvar ayında V. Cəfərova ailə münaqişəsi zamanı evi tərk edib. E. Məmmədov isə onun evdən qaçması ilə bağlı polisə məlumat verib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR