Şəkidə kosmik monitorinq nəticəsində 33 hektar istifadə olunmayan ərazi aşkarlanıb

Şəkidə kosmik monitorinq nəticəsində 33 hektar istifadə olunmayan ərazi aşkarlanıb
# 24 oktyabr 2017 15:41 (UTC +04:00)

“Azərkosmos” ASC ilə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti arasında imzalanmış müqaviləyə əsasən cari ilin iyun-iyul aylarında Şəki rayonu ərazisində torpaqların təyinatı üzrə istifadəsinin monitorinqi aparılıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, layihənin yerinə yetirilməsində əsas məqsəd Şəki rayonu inzibati ərazisinə daxil olan kənd təsərrüfatı təyinatlı torpaqların təyinatı üzrə istifadəsinin “Azersky” peyk təsvirləri istifadə edilməklə kosmik monitorinqinin aparılması və istifadə edilməyən torpaqların aşkarlanması olub.

Rayon ərazisində “Azersky” peyk təsvirləri vasitəsilə aparılmış monitorinqlər nəticəsində 8 istifadə olunmayan sahə müəyyən olunub. İstifadə olunmayan ərazilərin ümumi sahəsi 33,22 hektar təşkil edib ki, bu da Şəki rayonu üzrə xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı ərazilərin 0,06 %-i təşkil edir. Beləliklə, Şəki rayonu üzrə torpaqlardan istifadə olunma göstəricisinin çox yüksək olduğu aşkarlanıb.

“Azersky” peykindən əldə olunan təsvirlər bu tip monitorinqləri respublikanın digər rayonlarında tətbiq etməklə əkin sahələrində mütəmadi nəzarətin aparılmasını mümkün edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR