Ermənistan silahlı bölmələri işğal altındakı Azərbaycan torpaqlarında təlimləri davam etdirir

Ermənistan silahlı bölmələri işğal altındakı Azərbaycan torpaqlarında təlimləri davam etdirir
# 20 mart 2018 11:05 (UTC +04:00)

Ermənistan silahlı bölmələrinin işğal altındakı Azərbaycan torpaqlarında hərbi təlimləri davam edir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hərbi təlim qoşunların qarşıdurma xəttinin Ağdam rayonunun işğal altında olan Kəngərli və Uzundərə adlanan ərazisində müşahidə olunur.

Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir.

Atış səsləri cəbhəyanı ərazilərdə aydın eşidilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR