Goranboyda qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Goranboyda qəzada xəsarət alanların kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 26 iyul 2017 21:06 (UTC +04:00)

Goranboyda avtomobilin aşması nəticəsində xəsarət alanların kimlikləri məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, xəsarət alanlar sürücü, 1990-cı il təvəllüdlü Bakı şəhər sakini, Əliyev Ramiz Nəsrəddin oğlu, sərnişinlər - Xan Qərvənd kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Vüqar Hüseyn oğlu və Xan Qərvənd-Yeni yol kənd sakini, 1975-ci il təvəllüdlü Həsənov Ayaz Tofiq oğludur.

Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir. Qeyd edək ki, bu gün axşam saatlarında Goranboy-Xanqərvənd avtomobil yolunda “VAZ 2104” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.

***

22:20

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy-Xanqərvənd avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2104” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilib.

Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR