Çinə məxsus tikinti şirkəti Azərbaycandakı ofisini bağlayıb

Çinə məxsus tikinti şirkəti Azərbaycandakı ofisini bağlayıb
# 16 avqust 2017 07:34 (UTC +04:00)

“Jinggong Steel Azerbaijan” MMC-nin təsisçiləri Chen Guodong və “Jinggong Steel İnternational Co. Limited” şirkəti 2017-ci il iyulun 25-də Cəmiyyətin ləğv olunmasına dair qərar qəbul edib.

Bu barədə “APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir.

Bildirilir ki, “Jiggong Steel Azerbaijan” MMC-nin kreditorları bu məlumatın dərc edildiyi gündən öz tələblərini Cəmiyyətin yerləşdiyi AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, Bağ sahəsi, ev 1889 ünvanında həftənin iş günləri saat 9.00-dan 18.00-dək irəli sürə bilərlər.

Qeyd edək ki, Çinə məxsus “Jingong Steel İnternational Co. Limited” polad tərkibli tikinti işləri ilə məşğul olan şirkətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR