Manat lariyə nisbətən 3% ucuzlaşıb

Manat lariyə nisbətən 3% ucuzlaşıb
# 23 dekabr 2016 06:30 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 22-si ilə müqayisədə 0,27% artaraq 1,7622 manat təşkil edib.


Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,61% möhkəmlənərək 1,8412 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,7% bahalaşaraq 0,0289 manata yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,82% möhkəmlənərək 0,5023 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1649 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,5%-lik azalma baş verib.

Gürcüstan larisinin məzənnəsi də 2,65% möhkəmlənərək 0,6427 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR