Gürcüstan hökumətində kadr və struktur dəyişiklikləri həyata keçirilib

Gürcüstan hökumətində kadr və struktur dəyişiklikləri həyata keçirilib
# 13 noyabr 2017 08:18 (UTC +04:00)

Gürcüstan hökumətində geniş struktur və kadr dəyişiklikləri həyata keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili keçirdiyi xüsusi brifinqdə bir neçə nazirliyin ləğv olunaraq səlahiyyətlərinin digər nazirliklərə verildiyini deyib. O bildirib ki, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxariya daxili işlər naziri, maliyyə naziri Dmitri Kumsişvili iqtisadiyyat və davamlı inkişaf naziri, "Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze maliyyə naziri, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin prorektoru Mixail Çxenkeli təhsil və elm naziri təyin olunub.

Gürcüstan hökumətinin qərarı ilə 3 nazirlik və 1 dövlət idarəsi ləğv olunub. Ləğv olunmuş Energetika Nazirliyi İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə, Ətraf Mühitin və Təbii Ehtiyatların Mühafizəsi Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinə, İdman və Gənclərin işləri üzrə Nazirlik Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinə, Avropa və avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət idarəsi isə Xarici İşlər Nazirliyinə birləşdirilib.

Daxili işlər naziri Giorgi Mqebrişvili Fövqəladə Halların İdarə olunması Mərkəzinə başçılıq edəcək.

Baş nazir G. Kvirikaşvilinin sözlərinə görə, həyata keçirilmiş islahatlar Gürcüstanın inkişafına müsbət təsir edəcək. Dəyişikliklər təsdiqlənmək üçün parlamentə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR