Türkiyə vətəndaşına qarşı quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Türkiyə vətəndaşına qarşı quldurluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
# 28 sentyabr 2017 14:19 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Elbrus Məmmədov və Rəşad Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər ittihamla özlərini təqsirli bilməyiblər.

Bildiriblər ki, zərərçəkmiş Türkiyə vətəndaşı Selahettin Mehmet Gülaşı onlardan siqaret istəyib. Siqareti verdikdən sonra həmin şəxs onlara siqaretin əvəzində pul verib. Təqsirləndirilən şəxslər istintaq zamanı təzyiqə məruz qaldıqlarını deyiblər.

Hakim Fikrət Qəribov onların saxlanıldığı istintaq təcridxanasına məktubla müraciət ediləcəyini deyib. Bildirib ki, təcridxanaya daxil olan zaman onların üzərində xəsarət olub-olmaması araşdırılacaq. Hakim zərərçəkmiş şəxsin də məhkəməyə gətiriləcəyini deyib.

Proses oktyabrın 10-da davam edəcək.

İttihama görə, onlar Türkiyə vətəndaşı Selahettin Mehmet Gülaşının sərxoş olmasından istifadə edərək onun 1800 manatını quldurluq yolu ilə alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR