İranda yol qəzasında üç Azərbaycan vətəndaşı ölüb

İranda yol qəzasında üç Azərbaycan vətəndaşı ölüb
# 31 iyul 2018 23:45 (UTC +04:00)

İranın Ərdəbil əyalətinin şimalında Parsabad-Cəfərabad magistral yolunda baş vermiş yol qəzasında 3 Azərbaycan vətəndaşı ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, iyulun 31-də günün ikinci yarısında Parsabad-Cəfərabad magistral yolunun Əcirlu bölgəsində iki minik avtomobili toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ərdəbil əyalətinin yol polis rəisi, general Höccət Fəttahi açıqlamasında bildirib ki, “Peugeot” markalı minik avtomobili ilə Azərbaycan vətəndaşının idarə etdiyi “Land Cruise” markalı avtomobil toqquşub: “Hadisə nəticəsində ölənlərin hər üçü Azərbaycan Respublikası vətəndaşıdır”.

Onun sözlərinə görə, yaralılar Parsabad şəhər xəstəxanasına çatdırılıb.

Yaralılardan 3-ü Azərbaycan vətəndaşıdır və hazırda xəstəxanada müalicə alır.

Vəziyyətləri qənaətbəxşdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR