Türkiyədə mis mədənində şaxta uçub, ölənlər var

Türkiyədə mis mədənində şaxta uçub, ölənlər var
# 17 noyabr 2016 22:10 (UTC +04:00)

Türkiyənin Siirt əyalətində fəaliyyət göstərən mis mədənində şaxta uçub, nəticədə 4 nəfər ölüb.

APA-nın “CNN Turk”ə istinadən verdiyi xəbərə görə, insident əyalətin Şirvan rayonunda baş verib.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşını cəlb olunub.

Şaxtada daha 15 mədənçinin qaldığı bildirilir.

Səkkiz yük maşını və 3 mədən qurğusunun yerin altında qaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR