Efiopiyada "20 Yanvar" faciəsi ilə bağlı tədbirlər keçirilib

Efiopiyada "20 Yanvar" faciəsi ilə bağlı tədbirlər keçirilib
# 21 yanvar 2017 15:01 (UTC +04:00)

Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyi 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar tədbirlər keçirib.

Səfirlikdən APA-ya bildirilib ki, bu çərçivədə Əddis-Əbəbə şəhərində yerləşən “Sebeta” görmə qabiliyyəti məhdud olan və gözdən əlil uşaqlar üçün xüsusi məktəbdə xeyriyyə aksiyası təşkil olunub. Uşaqlara Brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) ilə çap olunmuş kitabların oxunması üçün xüsusi avadanlıqlar və görmə məhdudiyyəti olan insanlar üçün nəzərdə tutulmuş ağ çəliklər hədiyyə olunub.

Digər tədbir Efiopiyanın aparıcı təhsil ocağı sayılan Milli Liderlik İnstitutunda keçirilib. Tədbirdə Əddis-Əbəbə, Dövlət İdarəçilik, St-Meri Universitetlərinin və Afrika İttifaqın Liderlik Akademiyasının müəllim və tələbə heyətləri, ölkəmizdə təhsil almış Efiopiya vətəndaşları və yerli jurnalistlər iştirak ediblər. Səfir Elman Abdullayev tədbirdə Qanlı Yanvar barədə təqdimatla çıxış edərək, 20 Yanvar hadisələrinin tarixi önəmindən, SSRİ-nin süqutunda oynadığı həlledici rolundan danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR