Hindistanda qar uçqununda 19 nəfər ölüb

Hindistanda qar uçqununda 19 nəfər ölüb
# 27 yanvar 2017 11:04 (UTC +04:00)

Hindistanın Cammu və Kəşmir əyalətində qar uçqunu nəticəsində 19 nəfər ölüb.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, ölənlərdən 15-i əsgər və sərhəd xəttinin nəzarətçiləridir.

Digər 4 nəfər isə qarın dağın ətəyindəki evlərini basması nəticəsində ölüb. Onlardan ikisi uşaqdır.

Ərazidə bir neçə kənd işıqsız və istiliksiz qalıb. Qar uçqunu nəticəsində ölənlərin sayının artacağı istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR