Xızıda 193 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 193 ədəd partlamamış hərbi sursat aşkarlanıb
# 27 noyabr 2017 21:57 (UTC +04:00)

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan APA-ya daxil olan məlumata əsasən, noyabrın 27-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 193 ədəd partlamamış hərbi sursat (PHS), 136 ədəd partlamış-yanmış mərmi qalıqları və 463 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 289 000 kv.m (28.90 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 82 gün 20 390 ədəd partlamamış hərbi sursat (PHS), 9 861 ədəd partlamış-yanmış sursat qalıqları və 71 512 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 71 348 062 kv.m (7 135 ha) ərazi yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR