Xaçmaz-Quba yolunda iki maşın toqquşub, maşınlardan biri yanıb - VİDEO

Xaçmaz-Quba yolunda iki maşın toqquşub, maşınlardan biri yanıb - <span style="color: red;">VİDEO
# 19 avqust 2015 20:47 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Avqustun 19-u axşam saatlarında Xaçmaz-Quba yolunda yol qəzası baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 7-ci km-də qeydə alınıb. 10 XR 161 dövlət nömrə nişanlı “BMW” markalı avtomaşınla 40 BL 662 dövlət nömrə nişanlı “Mercedes” toqquşub. Qəzadan sonra “Mercedes” markalı avtomobildə yanğın baş verib. Hadisə yerinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR