Səlahəddin Dəmirtaş 5 ay azadlıqdan məhrum edilib

Səlahəddin Dəmirtaş 5 ay azadlıqdan məhrum edilib
# 21 fevral 2017 15:45 (UTC +04:00)

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş 5 ay azadlıqdan məhrum edilib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Doğubayazıt Cəza Məhkəməsi S. Dəmirtaşın Türkiyə dövlətini, dövlətin qurum və orqanlarını təhqir etdiyi üçün 5 ay azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.

Qeyd edək ki, HDP Türkiyə parlamentində millət vəkillərinin sayına görə 3-cü sıradadır. Bu gün Türkiyə Böyük Millət Məclisinin iclasında HDP-nin digər həmsədri Figen Yüksekdağ barədə məhkəmə hökmü təsdiqləndiyi üçün onun millət vəkili statusunu itirdiyi açıqlanıb. F. Yüksekdağ PKK terror təşkilatına yardım etməkdə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR