AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib
# 03 fevral 2017 12:23 (UTC +04:00)

AMEA Alimlər Evində Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələləri üzrə Dövlət müşaviri, akademik, yazıçı Kamal Abdulla ilə görüş keçirilib. APA-nın xəbərinə görə, tədbir AMEA Alimlər Evinin təşkilatçılığı ilə baş tutub.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, K. Abdulla ciddi bir elm adamıdır, onun dilçiliklə bağlı yazdığı əsərlər bir çox dillərə çevrilib: "Dünya Kamal Abdullanın "Yarımçıq əlyazma" əsərini çox böyük maraqla qarşıladı. Müasir Azərbaycan ədəbiyyatında hələ "Yarımçıq əlyazma" əsəri kimi ikinci belə bir əsər dünya səyahətinə çıxmayıb. Kamal Abdullanın əsərləri bu gün istər Bakı, istərsə də region teatrlarında səhnəyə qoyulur. Kamal Abdullanın şeirləri də orijinallığı ilə seçilir. Mən hesab edirəm ki, Kamal Abdulla poeziya ilə məşğul olsaydı, "Yarımçıq əlyazma"da qazandığı uğuru poeziyada da qazanardı. Onun rus ədəbiyyatından tərcümələri də çox dəyərlidir. Kamal Abdullanın hekayələri fərqli və orijinaldır. Hesab edirəm ki, Kamal Abdulla böyük əsərlərini yazmaq üçün hekayələrində məşq edir".

K. Abdulla belə bir görüşün təşkili üçün AMEA rəhbərliyinə təşəkkürünü bildirib.

Dövlət müşaviri deyib ki, o nəinki kitablardan, müəllimlərdən, hətta dərs dediyi tələbələrdən öyrənib: "Mən ömür boyu öyrənməyə hazır olmuşam".

K. Abdulla yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbir çıxışlarla davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR