Azərbaycanda fəaliyyət göstərən alimlərin sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən alimlərin sayı açıqlanıb
# 24 yanvar 2017 07:51 (UTC +04:00)

2017-ci ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 141 elmi təşkilat və müəssisə fəaliyyət göstərir.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, bu elm ocaqlarında elmi-tədqiqat və işləmələrlə 23 mindən artıq mütəxəssis məşğul olur, onların da 70 faizi tədqiqatçıdır. Mütəxəssislərin hər üç nəfərindən birinin elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsi var.

Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirir. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir.

Hazırda Milli Elmlər Akademiyasının 60 həqiqi və 108 müxbir üzvü var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR