Qafqaz Universitetinin 4200 tələbə və 402 işçi heyətinin sonrakı taleyinə aydınlıq gətirilib

Qafqaz Universitetinin 4200 tələbə və 402 işçi heyətinin sonrakı taleyinə aydınlıq gətirilib
# 18 yanvar 2017 13:46 (UTC +04:00)

Qafqaz Universitetində çalışan müəllimlərin məsələsinə imkanlar çərçivəsində baxıla bilər.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, tədris prosesinin bütövlüyünün qorunması məqsədi ilə universitet rəhbərliyinin Təhsil Nazirliyinə etdiyi müraciətlər imkanlar çərçivəsində nəzərə alınacaq. Bunlar arasında müəllimlərlə bağlı məsələlər də ola bilər. Çünki tədris prosesinin bütövlüyünün qorunması dedikdə təhsil alanla təhsil verənin birliyi nəzərdə tutulur.

Qafqaz Universitetinin tələbələri isə ölkənin ən aparıcı ali məktəblərinə köçürüləcək. Onlar həm özəl, həm də dövlət ali təhsil müəssisələrinə köçürülə bilər.

Qafqaz Universitetindən isə APA-ya bildirilib ki, hazırda ali məktəbin 4200 tələbəsi və 403 nəfər işçi heyəti var. Universitetdə müvafiq işçi qrupu fəaliyyət göstərir və yəqin ki, yaxın gələcəkdə müəllimlərlə bağlı müvafiq qərar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR