Gürcüstanın birinci xanımı azərbaycanlı şagirdləri təbrik edib

Gürcüstanın birinci xanımı azərbaycanlı şagirdləri təbrik edib
# 15 sentyabr 2017 13:35 (UTC +04:00)

Gürcüstanın birinci xanımı Maka Çiçua azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda 2 saylı orta məktəbə baş çəkib.

APA-nın yerli bürosunun xəbərinə görə, M.Çiçua şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək onlara uğurlar arzu edib: “Bütün şagirdləri, xüsusən də birinci sinif şagirdlərini təbrik edirəm. Çünki bu gün onlar üçün çox vacib gündür. Hər bir uşağın bugünkü kimi xoşbəxt olmasını arzu edirəm”.

Məktəb şagirdlərinə Gürcüstan prezidentinin hədiyyələri təqdim olunub.

Tədbirdə barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Petre Kankava, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR