DGK büdcəyə 2,3 mlrd. manat köçürüb

DGK büdcəyə 2,3 mlrd. manat köçürüb
# 30 dekabr 2016 15:37 (UTC +04:00)

Dekabrın 30-na olan məlumata görə, Dövlət Gömrük Komitəsi (DGK) cari ildə nəzərdə tutulan 1 mlrd. 810 mln. manat illik büdcə proqnozuna qarşı 2 mlrd. 285,43 mln. manat gömrük vergi və rüsumunu toplayaraq proqnoza 126,27% əməl edib.

DGK-nın Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 693,5 mln. manat və ya 43,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR