Zaqatalada 54 yaşlı kişi avtomobillə vurulub

Zaqatalada 54 yaşlı kişi avtomobillə vurulub
# 18 noyabr 2016 06:18 (UTC +04:00)

Zaqatalada 54 yaşlı piyada maşınla vurulub.

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Əliabad qəsəbə sakini, 1992-ci il təvəllüdlü Tural Sadəddin oğlu Həsrətov idarə etdiyi “VAZ 2106” markalı 10 EJ 985 dövlət nömrə nişanlı avtomobillə rayonun Əliabad-Mosul yolunda piyada, Əliabad qəsəbə sakini, 1962-ci il təvəllüdlü Musa Bulad oğlu Hacımuradovu vurub. Müxtəlif dərəcəli bədən xəsarəti olan Musa Hacımuradov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Xəstəxanadan APA-ya bildirilib ki, Musa Hacımuradova lazımi tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.


Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR