Bu həftə Polşa ABŞ-la “F-35”-lərin alınmasına dair müqavilə imzalayacaq

Bu həftə Polşa ABŞ-la “F-35”-lərin alınmasına dair müqavilə imzalayacaq
# 27 yanvar 2020 13:24 (UTC +04:00)

Yanvarın 31-də Polşa ABŞ-la “F-35” qırıcı təyyarələrinin alınmasına dair müqavilə imzalayacaq.

APA-nın xəbərinə görə, bu barədə bu gün Polşanın Milli Müdafiə naziri Mariuş Blaşak “Twitter”də bildirib.

“Artıq mən bu həftənin cümə günü Demblin şəhərində yerli vaxtla saat 15:00-da ABŞ-dan 32 ədəd ən müasir beşinci nəsil “F-35” qırıcı təyyarəsinin alınmasını ehtiva edən 4,6 milyard dollarlıq müqaviləni imzalayacağam”, - deyə polşalı nazir qeyd edib.

Xatırladaq ki, ötən ilin sentyabr ayının sonunda ABŞ Konqresi Polşaya 32 ədəd “F-35” qırıcısının satılmasına razılıq verib. Hazırda Polşa Hərbi Hava Qüvvələrinin balansında 27 ədəd “MiQ-29”, 48 ədəd “F-16” və 18 ədəd “Su-22” qırıcı təyyarələri var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR