"AzRe"nin səhmdarları növbədənkənar toplaşır

"AzRe"nin səhmdarları növbədənkənar toplaşır
# 11 yanvar 2017 06:41 (UTC +04:00)

Cari ilin fevralın 13-də "AzRe Təkrarsığorta" ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək. "APA-Economics" xəbər verir ki, bu barədə məlumat "Vergilər" qəzetinin xüsusi buraxılışında qeyd edilib.

İclasın gündəliyinə 1 yanvar 2016-cı il tarixinə ASC-nin xalis mənfəəti hesabına səhmlərin nominal dəyərinin artırılması yolu ilə nizamnamə kapitalının artırılması və səhmin hər birinin nominal dəyəri, səhmdarların nizamnamə kapitalında paylarının müəyyən edilməsi, cəmiyyətin aidiyyəti şəxsləri ilə əqdlərin bağlanması barədə qərarın qəbul edilməsi səlahiyyətinin İdarə Heyətinə həvalə edilməsi, nizamnamə kapitalının artırılması və aidiyyəti şəxslərlə bağlı nizamnaməyə dəyişikliklər barədə sənədin təsdiq edilməsi, nizamnamə kapitalının artırılmasının dövlət qeydiyyatı ilə əlaqədar bütün tələb olunan sənədlərin, o cümlədən müraciət ərizələrinin imzalanması üçün səlahiyyətli nümayəndənin təyin edilməsi, cəmiyyətin nizamnamə kapitalının artırılmasının dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin müvafiq dövlət orqanlarına təqdim olunması, alınması və şirkətin rəhbərliyinə təhvil verilməsi üçün səlahiyyətli nümayəndənin təyin edilməsi, cəmiyyətin rəhbər işçiləri ilə əmək müqaviləsinin imzalanması məsələləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR