Şabranda ev yanıb, 2 nəfər xilas edilib

Şabranda ev yanıb, 2 nəfər xilas edilib
# 22 yanvar 2017 09:43 (UTC +04:00)

Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 450 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı və dam örtüyü 30 m2 sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş vəziyyətdə ev sahibi tərəfindən və digər 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR